22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İranda istilər səbəbindən bütün dövlət müəssisələri bağlanıb

27-07-2024
IMG

İranda həddindən artıq istilər səbəbindən iyulun 27-də saat 10:00-dan sonra ölkə üzrə bütün dövlət müəssisələrinin bağlanmasına qərar verilib.İran Hökuməti İnformasiya Şurasının yazılı açıqlamasında qərarın ölkə daxilində davam edən həddindən artıq istilər səbəbilə əhalinin sağlamlığını qorumaq və enerji istehlakını idarə etmək məqsədilə qəbul edildiyi bildirilib. Qərara əsasən, yardım xidmətləri istisna olmaqla, ölkə üzrə bütün dövlət qurumları və bankların  saat 06.00-10.00 arasında xidmət göstərəcəyi bildirilib.

İranın cənubunda bəzi bölgələrdə havanın temperaturu 50 dərəcəyə çatsa da, meteoroloji proqnozlara görə, 27 iyulda Tehranda havanın temperaturu 42 dərəcəni keçəcək.

İranda son illərin ən isti günlərinə görə iyulun 24-də ölkə daxilində elektrik istehlakı rekord həddə - 79 min 189 meqavata çatarkən, elektrik paylama şirkəti “Tevanir” həddindən artıq istehlakı qarşılaya bilmədiyini açıqlayıb.

Paylaş: