İranda 5,2 bal gücündə zəlzələ baş verib
İranın Şimali Xorasan əyalətinin mərkəzi Bocnurd şəhərində 5,2 bal gücündə zəlzələ olub. Tehran Universiteti Seysmologiya Mərkəzinin verdiyi açıqlamaya görə, episentri Şimali Xorasan əyalətinin mərkəzi Bocnurd şəhəri olan 5,2 bal gücündə zəlzələ yerli vaxtla saat 16.13-də qeydə alınıb.
Zəlzələ yerin 8 kilometr dərinliyində baş verib, hər hansı can itkisi olub-olmadığı barədə hələlik açıqlama verilmir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...