İranda 5 alpinist qar uçqunu altında qalıb
Fhnews.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan Qızıl Aypara Cəmiyyətinin baş direktoru məlumat verib.
"Bu gün Aşnoyedə 5 alpinist qar uçqunu altında qalıb. Dərhal hadisə yerinə Qızıl Aypara Cəmiyyətinin 5 xilasetmə qrupu göndərilib", - direktor qeyd edib. Hazırda İranın bir sıra vilayətlərində güclü qar müşahidə olunur.
Əlborz vilayətinin yüksəkliklərində uçqun təhlükəsi var. Bundan əlavə, Kəndivanda da qayaların uçması ehtimalı var. Sürücülərə dağ yolları ilə hərəkət edərkən qış ləvazimatları götürmək, qayaların uçması və qar uçqunu səbəbindən dağların yamaclarında dayanmamaq tövsiyə edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...