İran Qeşm adasını materiklə birləşdirəcək körpünün tikintisi üçün çinlilərlə razılığa gəlib
İranın Azad Zonalar Ali Şurasının sədri Höccət Əbdülməki Fars körfəzindəki Qeşm adasını materiklə birləşdirəcək 3,5 kilometr uzunluğunda körpünün tikintisi üçün çinlilərlə razılığa gəldiklərini bildirib. Əbdülməki əlavə edib ki, Çinli podratçı şirkətlərlə danışıqlar aparılıb, 3 ildə tamamlanması planlaşdırılan Fars körfəzi körpüsü İran və Çinin ortaq sərmayəsi ilə tikiləcək.
Fhnews.az xəbər verir ki, təxminən 700 milyon dollar investisiya dəyəri olan körpünün tikintisinin yüzdə 18-nin artıq tamamlandığını bildirən Əbdulməki İnqilab Keşikçiləri Ordusunun Hatemul Enbiya İnşaat Qərargahının körpü layihəsində maraqlı tərəflərdən biri olduğunu bildirib.
Sərbəst ticarət zonası olan adanı quruya bağlayacaq körpünün tamamlanması iqtisadiyyata və turizmə müsbət təsir edəcək. Fars körfəzi ilə Hörmüz boğazının kəsişməsində yerləşən Qeşm adasını materiklə birləşdirəcək 3,5 kilometr uzunluğunda və 32 metr enində olması planlaşdırılan Fars körfəzi körpüsünün tikintisinə ilk dəfə 2011-ci ildə keçmiş prezident Mahmud Əhmədinejadın hakimiyyəti dövründə başlanılıb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...