İran Prezidentinin helikopteri sərt eniş edib, ölkənin vitse-prezidenti hadisə baş verən əraziyə gedib
İran Prezidenti Seyid İbrahim Rəisinin olduğu helikopter Verzeqan şəhərində sərt eniş enib.
Fhnews.az xəbər verir ki, bu barədə IRNA agentliyi məlumat yayıb.
Helikopterdə İranın digər rəsmi şəxslərinin də olduğu bildirilib.
Havanın əlverişsiz olmasına baxmayaraq, xilasetmə qrupları bölgədə axtarış aparır. Əraziyə 8 təcili tibbi yardım briqadası göndərilib. İran hökumətinin sözçüsü Əli Bahadori Cəhromi isə bildirib ki, İranın vitse-prezidenti Möhsün Mənsuri və hökumətin bəzi üzvləri helikopterin sərt eniş etdiyi yerə gediblər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...