İran Prezidentinin cənazəsi sabah Təbrizdən Məşhədə göndəriləcək
Helikopter qəzasında həlak olan İran Prezidenti İbrahim Rəisinin cənazəsi çərşənbə axşamı günü Təbrizdən doğulduğu Məşhəd şəhərinə göndəriləcək.
Fhnews.az xəbər verir ki, bu barədə Fars agentliyi məlumat yayıb.
“Tasnim” agentliyi isə bu gün səhər Məşhəddə Rəisinin dəfn mərasimi ilə bağlı şura iclası da keçirildiyini, əsas küçə və ya meydanlardan birinə mərhum prezidentin adının veriləcəyini bildirib.
Qeyd edək ki, İran Prezidenti İbrahim Rəisinin olduğu helikopterin qəzaya uğraması nəticəsində azı 8 nəfər həyatını itirib. Helikopterin göyərtəsində xarici işlər naziri Hüseyin Əmir Abdullahiyan, Şərqi Azərbaycan əyalətinin qubernatoru Malik Rahmati və Təbriz şəhərinin cümə imamı Məhəmməd Ali əl-Haşim və İslam İnqilabı Keşikçiləri Korpusunun generalı Mehdi Musəvi də olub.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...