22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İran ABŞ-dan 2500 il əvvələ aid 1100 tarixi əsəri geri alıb

27-09-2024
IMG

Əsərlər Əhəmənilər (Fars) İmperiyası dövrünə aiddir. İranın 1936-cı ildə tədqiq etmək üçün ABŞ-na göndərdiyi Əhəmənilər (Fars) İmperiyası (e.ə. 550-330) dövrünə aid 1100 ədəd tarixi lövhə ölkəyə qaytarılıb. Bu barədə İran dövlət televiziyası xəbər yayıb. 

Geri qaytarılan tarixi əsərlər haqqında məlumat verən İranın Mədəni irs, turizm və əl işləri nazirinin müavini Əli Darabi bildirib ki, bu əsərlər 1932-ci ildə Persepolis ətrafında aparılan arxeoloji və turizm qazıntıları zamanı aşkar edilib, 1936-cı ildə isə tədqiqat məqsədi ilə xaricə aparılıb. Bu əsərlərin bir hissəsinin daha əvvəl də İrana qaytarıldığını bildirən Darabi, keçən il İrana  3 min 506 əsərin gətirilidiyini deyib. 

Bu dəfə gətirilən lövhələrdə İranlıların Əhəmənilər dövründəki həyatını təsvir edən mövzuların olduğunu, mixi və elam əlifbası ilə yazıldığını bildirən Darab onu da əlavə edib ki, Şah dövründə İran və ABŞ-nın Çikaqo Universitetinin Şərq İnstitutu arasında Fars İmperiyasına aid 30 mindən çox gil lövhənin ABŞ-da 3 il müddətində tədqiq edilməsi barədə razılıq əldə olunub. Müqavilə çərçivəsində tarixi lövhələr 1936-cı ildə Şərq İnstitutuna göndərilib. Nəzərdə tutulmuşdu ki, institut ən çox üç il müddətində artefaktları yoxlayacaq və sonra onları İrana qaytaracaq.

Əsərlərin bir hissəsi 1948, 1950, 2004 və nəhayət 2023-cü ildə İrana qaytarılıb. Keçən il geri qaytarılan lövhələr mayın 18-də Ümumdünya Muzeylər Günündə keçirilən mərasimdə İran Milli Muzeyində ziyarətçilərin istifadəsinə verilib.

Paylaş: