İqlim dəyişmələri kütləvi miqrasiyaya və iqtisadi tənəzzülə səbəb olub
Pakistanın cənubunda yerləşən və dünyanın ən isti şəhərlərindən olan Cakobabad sakinlərinin təxminən 25 faizi isti havadan qaçmaq üçün hər yay şəhəri tərk edir. Bu ilin may ayında şəhərdə ən yüksək temperatur 52 dərəcə təşkil edib. Bir çox sakin enerji təchizatındakı fasilələrdən, içməli suyun olmamasından şikayətlənir.
Fhnews.az xəbər verir ki, yaxınlıqdakı Kəraçi meqapolisi də yüksək temperaturdan əziyyət çəkir. “New York Times” qəzetinin məlumatına görə, keçən ay Kəraçidə beş gün ərzində günvurmasından 568 nəfər ölüb.
Təkcə Pakistanda deyil, qonşu Hindistanda da bu ilin aprelindən üç aydır isti hava davam edir, temperatur 40-50 dərəcə arasında dəyişir.
Avropa, Afrika, Şimali Amerika və Cənubi Amerikanın əksər yerlərində bu il yüksək temperatur rekordları qeydə alınıb.
Ekstremal iqlim pik nöqtəyə çatdığına görə, bir çox ölkədə hökumətlər və əhali təcili tədbirlər görür. Bunlardan ən nəzərəçarpanı yaşayış yerini dəyişməkdir.
Zəif inkişaf etmiş ölkələrdə “iqlim miqrantları”nın əksəriyyəti kənd yerindən şəhərlərə köçməyi üstünlük verirlər. Yüksək temperatur səbəbindən kənd təsərrüfatı istehsalı kəskin şəkildə aşağı düşüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...