22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim dəyişikliyinin yaratdığı qeyri-sabit hava şəraiti səhra çəyirtkələrinə necə təsir edəcək?

15-02-2024

İqlim dəyişikliyinin yaratdığı qeyri-sabit hava şəraiti səhra çəyirtkələrinin istilasını artıracaq .“Science Advances” jurnalında dərc olunan məqalədə tədqiqatçılar Afrika və Yaxın Şərqdə çəyirtkə istilası riski ilə əlaqəni araşdırmaq üçün Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Çəyirtkə Mərkəzinin məlumatlarında 1985-2020-ci illər arasında səhra çəyirtkə istilasını təhlil ediblər. 

Çəyirtkələrin uzun məsafələrdə istila səbəblərini öyrənən tədqiqatçılar işğallara məruz qalan 48 ölkədən Keniya, Mərakeş, Niger, Yəmən və Pakistanın ən çox təsirləndiyini müəyyən ediblər.

Araşdırmada son 25 ilin ən pis səhra çəyirtkə istilasının 2019 və 2020-ci illərdə baş verdiyi qeyd edilib. Çəyirtkələrin yüz minlərlə hektar əkin sahəsini zəbt etdiyi və oradakı əkinlərə, ağaclara və digər bitki örtüyünə ziyan vuraraq ərzaq təhlükəsizliyini ciddi şəkildə təhdid etdiyi bildirilib.
Tədqiqatçılar səhra çəyirtkələrinin istilası ilə havanın temperaturu, yağış, torpaq nəmliyi və külək kimi şərtlər arasında güclü əlaqə tapıblar.

Araşdırmada Mərakeş və Keniya kimi istilaya meyilli bölgələrin yüksək risk altında olduğu, lakin çəyirtkələrin yaşayış yerlərinin 1985-ci ildən bu yana genişləndiyi və bu ərazinin Qərbi Avropa və Qərbi Mərkəzi bölgələrə doğru ən az 5 faiz genişlənəcəyi proqnozlaşdırıldığı ifadə edilib.
Araşdırmada Ərəbistan yarımadasının cənubundakı Rübülhali səhrasının normalda çəyirtkə istilasının müşahidə olunduğu yer olmadığına diqqət çəkilərək, səhranın şirin su gölləri ilə dolmasından sonra artan çəyirtkə səbəbiylə işğal edildiyi ifadə edilib.

Tədqiqatda həddindən artıq yağış və küləyin getdikcə daha çox çəyirtkə istilasına səbəb olacağı vurğulanaraq, havaların istiləşməsi səbəbindən bu işğalların qarşısının alınması və nəzarət edilməsinin çətinləşdiyi qeyd edilib.

 Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının Çəyirtkə Mərkəzi səhra çəyirtkələrini dünyada ən dağıdıcı köçəri həşərat kimi qiymətləndirir. Beləki 1 kvadrat kilometr ərazidə 80 milyon çəyirtkə gündə 35 min insanın tükətdiyi qədər qida qəbul edə bilir.

Dünya Bankının məlumatına görə, 2003-2005-ci illər arasında Qərbi Afrikada çəyirtkə basqınları 2,5 milyard dollarlıq ərzaq məhvinə səbəb olub və işğalla mübarizəyə 450 milyon dollar xərclənib.

Paylaş: