22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim dəyişikliyinin Qaradəniz bölgəsinə təsiri

30-01-2024

Elm adamları keçən ilin noyabr ayında iqlim dəyişikliyinin səbəb olduğu Qaradəniz bölgəsini vuran “Bettina” qasırğasının güclü yağış və qar yağma ehtimalını iki dəfə artırdığını müəyyən ediblər.

Noyabrın 28-də Şərqi Avropaya çatan “Bettina” qasırğası Moldova, Bolqarıstan, Rumıniya və Ukraynaya güclü qar, Krım, Ukraynanın şərqi və Türkiyənin əksər ərazilərinə isə güclü yağışlar gətirib.

Qaradənizdə saatda 120 kilometrə çatan qasırğa gücü küləklə müşahidə edilərkən, fırtına zamanı ən azı 23 nəfər ölüb, 2,5 milyondan çox insanı təchiz edən elektrik enerjisi kəsilib, infrastrukturlar zədələnib və nəqliyyatda fasilələr yaranıb.

Tədqiqatçılar tərəfindən aparılan atribusiya təhlilinə əsasən, iqlim dəyişikliyi nəticəsində yaranan “Bettina” qasırğası güclü yağış və qar yağma ehtimalını iki dəfə artırıb. İqlim dəyişikliyi yağıntıları təqribən 5 faiz daha sıxlaşdıraraq, daha çox yağıntının qar əvəzinə yağış kimi yağmasına səbəb olub.

Tədqiqatçılar Rusiya-Ukrayna müharibəsinin “Bettina” qasırğasının təsirlərinin şiddətlənməsində rol oynadığını və münaqişələr səbəbiylə evlərindən didərgin düşmüş ukraynalıların bu vəziyyətdən təsirləndiyini, ən çox təsirlənənlərin isə yaşlılar, uşaqlar və əlillər olduğunu bildiriblər. 
Təhlillərə görə, insan fəaliyyəti nəticəsində yaranan qlobal istiləşmə davam etdikcə, Şərqi Avropada yağıntılar daha da intensivləşəcək.

Paylaş: