İqlim dəyişikliyinin gətirdiyi ekoloji böhran barədə xəbərdarlıq
Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının Aralıq dənizi Fəaliyyət Planının koordinatoru Tatjana Hema bildirib ki, iqlim dəyişikliyinin gətirdiyi ekoloji böhranın qarşısını almaq üçün bütün bəşəriyyət öz həyat tərzini dəyişməlidir.
Aralıq dənizi Yaşıl Həftəsi tədbirləri üçün İstanbula gələn Hema iqlim dəyişikliyi və onun Aralıq dənizinə təsiri ilə bağlı qiymətləndirmələr edib.O, bildirib ki,əsas hədəf bioloji müxtəlifliyin,ekosistemin qorunması, dəniz mühafizə zonalarının yaradılması, nəsli kəsilməkdə olan növlərin qorunması, quruda və ya dəniz nəqliyyatı nəticəsində yaranan çirklənmənin qarşısının alınmasına yönəlib.İqlim dəyişikliyindən ən çox təsirlənən bölgələrdən biri olan Aralıq dənizində vəziyyətin kifayət qədər narahat olduğunu vurğulayan koordinator fikirlərini belə əsaslandırıb : "Aralıq dənizində temperatur digər bölgələrə nisbətən daha yüksəkdir. Bu, təbii ki, ətraf mühit, iqtisadiyyat və sağlamlıq baxımından bölgə üçün böyük çətinliklər yaradır. Ona görə də biz mütləq tədbir görməliyik. Təbii ki, iqlim dəyişikliyi qlobal bir fenomendir və qlobal səviyyədə bir çox problem baş verir.Bunun üçün addımlar atılır və Aralıq dənizi də istisna deyil."
İlk növbədə iqlim dəyişikliyinə uyğunlaşmaya diqqət yetirdiklərini deyən Hema bunun üçün mövcud strategiyaya yenidən baxmağı düşündüklərini, resurslar topladıqlarını və konkret uyğunlaşma tədbirləri görmək istədiklərini bildirib.Buna görə, çirklənməni, tullantıların əmələ gəlməsini, enerji istehlakını minimuma endirmək üçün tədbirlər görülməlidir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...