22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim dəyişikliyi meteotsunamilərin və dənizlərin qabarmasının tezliyini artırır

24-01-2024

Mütəxəssislər iqlim dəyişikliyinin təsiri ilə Türkiyə sahillərində meteotsunamilərin və dəniz qabarmalarının tezliyinin artdığını və sahil strukturlarının bu fəlakətlərə qarşı qorunması lazım olduğu barədə xəbərdarlıq ediblər. Qısaca meteotsunami adlanan meteoroloji sunamilər və daşqınlara səbəb olan dəniz dalğaları son illərdə daha çox yayılmış meteoroloji hadisələr arasında yer alıb. Bildirib ki, meteotsunamilər atmosfer təzyiqinin sürətli dəyişməsi nəticəsində su kütləsinin yerdəyişməsi ilə baş verir. Meteotsunamilər dalğa xüsusiyyətləri, uzunluğu, hündürlüyü və tezliyi baxımından zəlzələlərdə yaranan sunami dalğaları ilə eyni xüsusiyyətlərə malikdir. Şiddətli fırtınaların müəyyən bucaq altında hərəkəti meteotsunamiləri tətikləyir. 

Aralıq dənizi və Qaradəniz meteotsunamilərin tezliyinin ən çox artdığı bölgələrdəndir. Bu dənizlərdə gelgitin amplitudası kifayət qədər aşağı olduğundan, meteotsunamilərin yaratdığı dəniz səviyyəsindəki dalğalanmalar dərhal hiss oluna bilər. Dəniz suyunun temperaturunun artması ilə güclənən dəniz və atmosfer qarşılıqlı təsirləri qeyri-sabitlik və hərəkətlərdə qəfil dəyişikliklər yaradır.Bunlar meteotsunamilər yaradır. Keçən noyabr ayında Giresunda meteotsunami xarakterli dalğalar müşahidə edilmiş və Qaradəniz sahil yolunu təsir etmişdi. Beləliklə, iqlim dəyişikliyinin təsiri ilə dənizlər hər il 2 millimetr qalxır və əvvəllər çox kiçik olan hava təzyiqinin dəyişmələri çox tez-tez baş verir.

Paylaş: