22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim dəyişikliyi Mərkəzi Avropada daşqınların ehtimalını iki dəfə artırıb

25-09-2024
IMG

Alimlər müəyyən ediblər ki, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi bu ay Mərkəzi Avropada təkrar daşqınların baş vermə ehtimalını iki dəfə artırıb və yağıntıların intensivliyini 7 faiz artırıb.

Bir qrup beynəlxalq alim “World Weather Attribution” tərəfindən edilən atribusiya təhlilində iqlim dəyişikliyinin Polşa, Çexiya, Avstriya, Rumıniya, Macarıstan, Almaniya və Avropa ölkələrində bu ay yaşanan güclü yağış və daşqınlara təsirini araşdırıb. 

Təhlil Böyük Britaniya, Polşa, Avstriya, Çexiya, Almaniya, İsveç, Hollandiya və ABŞ-nın meteorologiya müəssisələrindən və universitetlərindən 24 alim tərəfindən aparılıb.Təhlillərə görə, insan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi Mərkəzi Avropada 24 nəfərin ölümünə səbəb olan daşqınların ehtimalını iki dəfə artırıb.İqlim dəyişikliyi səbəbiylə bölgədə yağışların intensivliyi yüzdə 7 artıb.

Paylaş: