22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim dəyişikliyi ilə bağlı daha bir həyəcan təbili

05-02-2024

İngiltərədəki Reading Universiteti tərəfindən aparılan yeni bir araşdırma dünyanın sənayedən əvvəlki səviyyədən 3 dərəcə daha isti olan bir iqlimə girə biləcəyi barədə xəbərdarlıq edib. Hesabatda son 40 ilin rekord okean temperaturlarına diqqət çəkilib.

"American Meteorology Society Bulletin"də nəşr olunan araşdırmaya rəhbərlik edən  Till  Kuhlbrodt  bildirib ki, Şimali Atlantikada fövqəladə istilik və 2023-cü ildə Antarktidada dəniz buzunun yox olması təhlükədən xəbər verir. Okeanların istiləşməsi mərcan riflərinin yoxa çıxması, dəniz səviyyəsinin qalxması, ekstremal hava hadisələri kimi bir çox problemi də özü ilə bərabər gətirib.

Paylaş: