22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim dəyişikliyi Böyük Britaniya və İrlandiyada fırtına və yağışları 20 % artırıb

22-05-2024
IMG

İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyinin Böyük Britaniya və İrlandiyada dağıdıcı daşqınlara səbəb olan şiddətli fırtınaları və leysan yağışlarını  təxminən 20 faiz artırdığı aşkar edilib.

Ümumdünya Hava Atribusiyasının beynəlxalq alimlər qrupuna daxil olan İrlandiya, Böyük Britaniya və Hollandiyanın meteoroloji qurumlarından olan 22 tədqiqatçı Birləşmiş Ştatlarda müşahidə olunan güclü küləkli və fırtınalı havada insan fəaliyyətinin yaratdığı iqlimi araşdırıb.

İqlim dəyişikliyinin güclü küləklər və leysan yağışlara təsirini anlamaq üçün alimlər bu cür hadisələrin qlobal temperatur artımının 1,2 dərəcə olduğu bu dövr arasında sənayedən əvvəlki soyuq dövrün iqlim şəraitini necə dəyişdiyini təhlil etmək üçün hava məlumatlarını və iqlim modellərini nəzərə alıblar. 

Müvafiq olaraq, sözügedən dövrdə 14 şiddətli fırtına bu ölkələrə təsir edib. Beləki, Babet, Ciaran, Henk və İşa fırtınaları İrlandiya və Böyük Britaniyada güclü daşqınlara səbəb olub, ən azı 13 nəfərin ölümünə, evlərə və infrastruktura ciddi ziyan vurmasına, həmçinin elektrik enerjisinin kəsilməsinə, məhsul və mal-qara itkisinə səbəb olub.

İnsan fəaliyyəti nəticəsində yaranan iqlim dəyişikliyi 2023-cü ilin oktyabr-2024-cü ilin mart ayları ərzində Birləşmiş Krallıq və İrlandiyada fırtına və leysan yağışlarını təxminən 20 faiz daha intensiv edib.

Elm adamları sənayedən əvvəlki dövrdə hər 50 ildə bir dəfə müşahidə oluna bilən fırtınanın səbəb olduğu yağıntıların 50 ildə bir dəfə meydana gəldiyini, lakin qlobal istiləşmənin təsiri ilə bu cür hava hadisələrinin hər 5 ildən bir müşahidə oluna biləcəyini müəyyən ediblər.

Paylaş: