22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim dəyişikliyi 2050-ci ilə qədər Alp dağlarında buzlaqların 46 faizini əridə bilər

20-01-2024

İsveçrənin Lozanna Universiteti və Fransanın Qrenobl Universiteti tərəfindən Alp dağlarında buz həcminin gələcəyi ilə bağlı aparılan araşdırmaya görə, qlobal temperaturun artması ilə ən optimist ssenaridə 2050-ci ilə qədər Avropa Alp dağlarında buzun ən azı 34 faizi yox ola bilər.

Başqa bir hesablamaya görə, son 20 ildə buzlaqların ərimə tendensiyası davam edərsə, 2050-ci ilə qədər buzlaqların həcminin təxminən 46 faizi əriyə bilər. Son 10 ilin məlumatlarına əsaslansaq, bu nisbət yüzdə 65-ə qədər arta bilər.

Paylaş: