İqlim dəyişikliyi 2030-cu ilə qədər Afrikada 118 milyon insana təsir edə bilər
Ümumdünya Meteorologiya Təşkilatı bildirir ki, iqlim dəyişikliyinə qarşı adekvat tədbirlər görülməsə, 2030-cu ilə qədər Afrikada təxminən 118 milyon yoxsul insan quraqlığa, daşqınlara və həddindən artıq istilərə məruz qalacaq.Bu barədə Təşkilatın "Afrikada 2023 İqlim Vəziyyəti" adlı hesabatında məlumat yer alıb. Hesabatda vurğulanıb ki, Afrika iqlim dəyişikliyi ilə bağlı getdikcə daha ağır şərtlərlə mübarizə aparır və iqlim dəyişikliyinə uyğunlaşma üçün əsas təcrübələrlə bağlı qeyri-mütənasib yüksək xərclərlə üzləşir.
Hesabatda Afrika ölkələrinin ümumi daxili məhsulunda orta hesabla 2,5 faiz itki yaşadığı və bir çox ölkənin ekstremal iqlim hadisələrinə cavab olaraq büdcələrinin təxminən 9 faizini istifadə etdiyi qeyd edilib.
Hesabatda görə, Saxara-altı Afrikada iqlim dəyişikliyinə uyğunlaşma xərclərinin yaxın 10 ildə hər il 30-50 milyard dollar və ya bölgənin ÜDM-nin 2-3 faizi arasında olacağı təxmin edilir. Əgər adekvat tədbirlər görülməzsə, 2030-cu ilə qədər Afrikada 118 milyona qədər ekstremal ölüm ola bilər. Proqnozlara görə, yoxsul insanların quraqlığa, daşqınlara və həddindən artıq istilərə məruz qalacağı gözlənilir. Həmçinin bildirilir ki, Afrika ölkələri milli meteorologiya və hidroloji xidmətlərə daha çox sərmayə qoymağa üstünlük verməli və insanların həyatını və dolanışıq vasitələrini xilas etmək üçün iqlim dəyişikliyinə qarşı erkən xəbərdarlıq təşəbbüsünün həyata keçirilməsini sürətləndirməlidir.
Təşkilatın baş katibi Celeste Saulo qeyd edib ki, Afrikada son 60 ildə qlobal ortalamadan daha sürətli bir istiləşmə tendensiyası müşahidə edilib. 2023-cü ildə qitədə ölümcül isti hava dalğaları yaşanıb, ağır yağışlar, daşqınlar, tropik siklonlar və uzunmüddətli quraqlıqlar olub.Saulo həmçinin bildirib ki, bu ekstremal təbii hadisələr icmalar üzərində dağıdıcı təsirlərə səbəb olur.Afrikada ekstremal hava hadisələrinin 2024-cü ildə də davam edəcəyini bildirən Saulo əlavə edib ki, Cənubi Afrikanın bəzi hissələri dağıdıcı quraqlıqla mübarizə aparır. Qeyri-adi mövsümi yağışlar Şərqi Afrika ölkələrində, ən son isə Sudan və Cənubi Sudanda ölüm və dağıntılara səbəb olub. Bu, onsuz da çıxılmaz vəziyyətdə olan humanitar böhranı daha da gücləndirir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...