22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İqlim böhranının səssiz təhlükəsi: Okeanlar istiləşir

15-10-2024
IMG

Okeanların istiləşməsi artıq öz təsirini göstərməyə başlayıb. Qasırğalar  gücləndikcə dəniz canlılarının populyasiyaları dəyişməyə başlayıb. Üstəlik, bu istiləşmənin təsiri Türkiyəni əhatə edən dənizlərdə də müşahidə olunur. Qlobal iqlim dəyişikliyi dünyanın 70 faizini əhatə edən okeanlara da dərindən təsir edir. Dünyada sürətlə artan su temperaturu okean ekosistemlərini təhlükəli şəkildə dəyişdirir.

Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Hökumətlərarası Panelinin  dərc etdiyi məlumatlara görə, okeanlar 1970-ci illərdən bəri insanların  səbəb olduğu istiləşmənin 90 faizindən çoxunu udub. Bu dövrdə dünya dənizləri hər 10 ildən bir təxminən 0,13 dərəcə istiləşib.

Alimlərin fikrincə, qasırğalar sudan qaynaqlanır. Buna görə də, sular nə qədər isti olarsa, bir o qədər güclü qasırğalar baş verir. Sular nə qədər soyuq olarsa, bir o qədər az qasırğa baş verir.

İqlim böhranı ilə bütün dünyada okean suyunun temperaturu son 10 ildə əhəmiyyətli dərəcədə artmağa başlayıb. 

Suyun temperaturu 27 dərəcədən çox olan okean üzərində iki hava kütləsi qarşılaşdıqda çox böyük qasırğalar baş verə bilər. Əslində bunlar kateqoriyadan kənar çox şiddətli qasırğalardır. Normalda qasırğaların sürəti 130 km ilə 250 km arasında olur. Lakin belə qasırğalar bəzən 300-350 km-ə çata bilir. Okeanların istiləşməsi hər il artsa da, son vaxtlar əlavə bir vəziyyət yaşanır. Mütəxəssislər bildirir ki, yenə Sakit Okeanda soyutma başlayıb. Buna La Nina Cycle deyilir. Buna görə də, bu La Nina Cycle güclənərsə istiləşmə müvəqqəti də olsa, yatırıla bilər. Ancaq NASA, Ümumdünya Meteorologiya Təşkilatı və bu mövzuda çalışan bir çox qurumun ssenarilərinə görə, 2100-cü ilə qədər dünyada orta temperaturlar əhəmiyyətli dərəcədə artacaq.

Paylaş: