22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İordaniyadakı qədim şəhərdə gizli məzarlıq tapılıb

16-10-2024
IMG

Arxeoloqlar qədim yaşayış məskəni Petrada (İordaniya) yerləşən Əl-Hazne nekropolunda gizli məzarlıq aşkar ediblər.

Fhnews.az xarici mediaya istinadla xəbər verir ki, tədqiqat qrupları məzarlığın ərazisində uzaqdan zondlama texnologiyasından istifadə edərək qədim qurban ayinlərindən sonra dəfn edildiyi ehtimal olunan 12 skeletin qalıqlarını tapıblar.

Arxeoloji kəşf UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil olan və ildə bir milyondan çox ziyarətçi cəlb edən məşhur Əl-Haznə nekropolunun yaxınlığında bənzər məzarların aşkarlanmasından iyirmi ildən çox vaxt keçdikdən sonra edilib.

Böyük Britaniyanın Sent-Endryus Universiteti, İordaniya Turizm və Qədim Əsərlər Nazirliyinin Qədim Əsərlərin Mühafizəsi Departamenti və Amerika Tədqiqat Mərkəzinin iordaniyalı, britaniyalı və amerikalı tədqiqatçıları elektromaqnit metodundan istifadə etməklə və radar vasitəsilə yerin dərinliyində ərazinin vəziyyətini qiymətləndiriblər. Yeni maraqlı məzarlıq aşkar edən tədqiqatçılar burada əlavə qazıntı işləri aparıblar.

Geofizik və Sent Endryus Universitetinin professoru Riçard Beyts insan cəsədi qalıqlarının həm kişilər, həm də qadınlara aid ola biləcəyini bildirib. Həmçinin həmin skeletlər uşaqdan böyüyə qədər müxtəlif yaşlarda insanlara məxsusdur. Tədqiqatçılar hesab edirlər ki, tapıntı Nəbati krallığının xəzinəsi və sakinləri haqqında yeni məlumatlar verə bilər.

Arxeoloqlar aşkar ediblər ki, türbənin içərisindəki divarlar eramızdan əvvəl I əsrin ortaları - eramızın II əsrinin əvvəllərinə aiddir.

Paylaş: