22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İntensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələri su basıb (video,  foto)

18-02-2024
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə intensiv yağışlar səbəbindən Naxçıvan şəhərində fərdi ev və həyətyanı sahələrin subasmaya məruz qalması ilə bağlı məlumatlar daxil olub.
 
Bununla əlaqədar Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin qüvvələri dərhal su basmış ərazilərə cəlb olunub.
 
Nazirliyin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması təmin edilib, zəruri təhlükəsizlik tədbirləri həyata keçirilib.
 
Paylaş: