İnsanları əvəz edəcək ordu-Çinin 2035-ci il planı: əsgərsiz müharibə
2035-ci ilə qədər hərbi sahədə sözün əsil mənasında inqilab etmək istəyən Çin əsgərsiz müharibəyə hazırlaşır. Britaniya mətbuatında bu pilotsuz ordu ilə bağlı verilən təfərrüatlar dünya mediasında böyük səs-küyə səbəb olub.
İngiltərə mətbuatında əks olunan xəbərlərdə Çinin qarşıdakı 10 ildə xaricdəki missiyalarda istifadə ediləcək robot əsgərlər və yüksək texnologiyalı pilotsuz hava vasitələri ilə bağlı şok planı ortaya çıxıb. Ssenariyə görə, Çin 2035-ci ildə qonşularından biri ilə müharibəyə girəcək və hərbi ekspertlər tez-tez bu qonşunun Tayvan olacağını deyirlər. Sözügedən müharibədə Çin xərcləri aşağı saxlamaq üçün pilotsuz uçuş aparatlarından və robot əsgərlərdən istifadə edəcək.
Bundan əlavə, Çin ordusu bu müharibəyə pilotsuz dəniz vasitələri də təqdim edəcək. Düşmən gəmilərini torpedalarla vurmaq üçün xüsusi hazırlanmış bu maşınlar intihar missiyasını yerinə yetirəcək.
Çinin bir müddətdir İHA sahəsində sıçrayış etməyə çalışdığı məlum bir həqiqətdir. Bu kontekstdə ordu döyüş meydanına əsgər göndərmədən bölgəni faktiki olaraq məhv edə bilən pilotsuz təyyarə ordusu üzərində işləyir. Dronlarla yanaşı, Pekin administrasiyası da şəhər münaqişələri üçün xüsusi “döyüş itləri” istehsal etməyə çalışır. Sızdırılan məlumata görə, bionik itin kürəyinə bağlanan silahdan dəqiqədə 650 güllə atılır.
Bir neçə ay əvvəl Pentaqonun hesabatı ölkənin cəmi altı il ərzində nüvə arsenalını iki dəfə artırdığını və dünyanı 10 dəfə məhv etmək üçün kifayət qədər nüvə silahına malik olduğunu ortaya qoyub.
Çinin öldürücü PUA VƏ SİHAları isə bunlardir :
Harbin BZK-005 olaraq da tanınan "Nəhəng Qartal"-Çinin aktiv şəkildə istifadə etdiyi İHA-lardan biridir. "Nəhəng Qartal" Pekin tərəfindən həm dəniz, həm də hava qüvvələrində kəşfiyyat məqsədləri üçün istifadə olunur.
Bulud gölgəsi : Chengdu WZ-10 kimi də tanınan UCAV, dəqiq hücum imkanlarına malikdir. WZ-10 yerdəki piyada və zirehli maşınlar üçün təhlükə yaratsa da, müşahidə və kəşfiyyatı təmin etmək üçün müəyyən avadanlıqlara malikdir.
Rising Dragon: Kod adı WZ-7 olan bu İHA düşmən gəmiləri üçün kabusdur. Balistik və qanadlı raketlər daşıdığı deyilən WZ-7 havadan kəşfiyyat üçün də istifadə edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...