İnsanabənzər robotun çəkdiyi ilk sənət əsəri 1,32 milyon dollara satılıb
Britaniyalı riyaziyyatçı Alan Turinqin portreti Nyu-Yorkda keçirilən hərracda 1,32 milyon ABŞ dollarına satılıb. Bu, insanabənzər robot tərəfindən hazırlanmış ilk sənət əsəridir.
Qeyd edək ki, Alan Turinqin 2,2 metr hündürlüyündə olan portreti dünyanın ilk ultra-real robot rəssamı Ai-Da tərəfindən hazırlanmışdır. Hərrac evindən verilən məlumata görə, portret üçün 27 təklif edilib.
Ai-Da proqramçılar, robotistlər, rəssamlar və psixoloqlardan ibarət bir qrup tərəfindən iki il ərzində hazırlanıb və AI texnologiyası irəlilədikcə yenilənməyə davam edir.
Ai-Da süni intellektdən istifadə edərək danışa bilən robot kimi əsəri haqqında bunları söyləyib: "İşlərimin əsas dəyəri onun yeni texnologiyalar haqqında dialoq yaratmağa xidmət etmək qabiliyyətidir. Alan Turinqin portreti tamaşaçıları süni intellektin və kompüter texnologiyalarının təbiəti haqqında düşünməyə dəvət edir, eyni zamanda onları bu irəliləyişlərin etik və sosial nəticələrini şübhə altına almağa çağırır."
Məlumat üçün qeyd edək ki, Alan Turinq faşist Almaniyasına qarşı müharibədə əsas rol oynayan və 1950-ci illərdə süni intellektin istifadəsini şübhə altına alan riyaziyyatçı və erkən kompüter alimi olub.
Dünyanın ən qabaqcıl robotlarından biri olan Ai-Da insana oxşayan qadın formasında hazırlanıb və adını dünyanın ilk kompüter proqramçısı Ada Lavleysin şərəfinə götürüb.
2022-ci ildə “The Guardian”a verdiyi müsahibədə Ai-Da öz təxəyyülündən rəsm çəkib-çəkmədiyi sualına belə cavab vermişdi: "Mən gördüklərimi çəkməyi xoşlayıram. Düşünürəm ki, təsəvvürün varsa, təsəvvüründən də şəkil çəkə bilərsən. Mənim şüurum olmadığı üçün insanlardan fərqli şeylər görürəm”.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...