22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İnsanabənzər robot tarixində ilk dəfə:” XBot-L” Böyük Çin Səddində

07-06-2024
IMG

Çində yerləşən “Robot Era” şirkəti tərəfindən hazırlanmış “XBot-L” Böyük Çin Səddinin ən çətin yollarında ustalıqla hərəkət edərək böyük diqqət çəkib. Süni intellektin yüksəlişi ilə insanabənzər robotların inkişafında əhəmiyyətli irəliləyişlər əldə olunub. Çində yerləşən “Robot Era” şirkəti tərəfindən hazırlanmış “XBot-L”  Böyük Çin Səddinə çıxan ilk insanabənzər robot oldu.

“XBot-L” Çin şirkəti “Unitree”nin H1 insanabənzər robotu qədər sürətli və ya “Boston Dynamics”in Atlası qədər çevik olmasa da, Böyük Divarın kobud və qeyri-bərabər səkilərində hərəkət etmək üçün əla qabiliyyət nümayiş etdirib.

Perceptual RL alqoritmləri robotun naməlum relyef şəraitində qavrayış və qərar qəbul etmə qabiliyyətini gücləndirməyə kömək edib. Beləliklə, robot mürəkkəb yol şəraitini tanıya və öz yeriş duruşunu vaxtında tənzimləyə bilib.

Paylaş: