İnsan toxunuşunu təqlid edən üç ölçülü dəri ixtira edilib
İnsan dərisindəki reseptorlar toxunulan ərazidə güc və gərginliyi aşkar etmək qabiliyyətinə malikdir. Tədqiqatçılar bu təbii mexanizmdən ilhamlanaraq insan dərisinin üç qatından ibarət elektron dəri hazırlayıblar: epidermis, dermis və hipodermis. Çinin Tsinghua Universitetinin tədqiqatçılarının bu ixtirasının aşkarlama qabiliyyətinə görə bu növdə ilk olduğu deyilir. Dəri eyni vaxtda analiz edərək səthdəki təzyiq, sürtünmə və gərginliyi aşkar edə bilir.
Tədqiqatçılar bildirirlər ki, bu dərinin üçölçülü quruluşunda xarici qıcıqlandırıcıları aşkar edə bilən çoxlu reseptorlar var ki, onları sarğı kimi barmağa taxmaq olar.
Sensorlar tərəfindən toplanan siqnallar bir sıra ötürmə və çeşidləmə proseslərindən keçdikdən sonra dərin öyrənmə alqoritmləri ilə birləşdirilir. Bu yolla elektron dəri obyektlərin sərtliyini və formasını dəqiqliklə müəyyən edir.
Tədqiqatın müəllifi Zhanq Yihui yeni ixtirayla bağlı bildirib ki, şəhadət barmağının ucu ölçüsündə elektron dəri parçası hər biri 200 ilə 300 mikrometr arasında olan 240 metal sensorla təchiz olunub.Onların məkan quruluşu insan dərisində toxunma reseptor hüceyrələrinin paylanmasını yaxından təqlid edir.
Yeni texnologiyanın insanabənzər robotlardan biotibbi diaqnostikaya qədər müxtəlif sahələrə töhfə verəcəyi gözlənilir.Elektron dəri, erkən mərhələdə dəqiq diaqnoz və müdaxilələr etmək üçün tibb sahəsində istifadə edilən robotların barmaqlarının ucuna yapışdırılma potensialına malikdir.O, həmçinin qan oksigenlə doyma və ürək dərəcəsi kimi həyati sağlamlıq göstəricilərinin real vaxt rejimində monitorinqini təmin edən bandaj kimi taxıla bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...