İnsan beynində ilk dəfə mikroplastik aşkar edilib
Paltarımızdan tutmuş avtomobilimizə, mobil telefonumuzdan tutmuş su şüşələrinə və yemək qablarına qədər plastik əşyalar artıq gündəlik həyatımızda bizimlə bərabərdir. Amma bu kiçik plastik hissəciklərin sağlamlığımıza necə əks təsir etdiyini heç düşünmürük.
ABŞ-da aparılan araşdırmada ilk dəfə insan beynində mikroplastik aşkar edilib.Digər elm adamları tərəfindən hələlik müstəqil şəkildə təsdiqlənməmiş bu araşdırma mediada qorxulu və həyəcanverici rezonans doğurub.
Plastik ümumiyyətlə qırılmaz hesab olunur,amma daha kiçik hissəciklərə parçalanır. Ümumiyyətlə mikroplastiklər beş millimetrdən kiçikdir. Bu, onların bəzilərinin adi gözlə görülməyəcək qədər kiçik olmasına səbəb olur. Mikroplastiklər tez-tez içməli suda və gündəlik qida məhsullarında olur.
Bu isə sağlamlığımız üçün ciddi narahatlıq yaradır. Mikroplastiklərin sağlamlığımız üçün potensial risklərini araşdıran tədqiqatlar məhdud olsa da, onlar getdikcə artır.
Tədqiqat Nyu Meksiko ştatının Albuquerque şəhərində rutin yarılmalardan əldə edilən 51 nümunəni araşdırıb.Qaraciyər, böyrək və beyindən nümunələr götürülüb. Tədqiqatçılar beyin nümunələrində qaraciyər və böyrəklərdən 30 dəfə çox mikroplastik aşkar ediblər.Bunun beyinə qan axınının artması və ya qaraciyər və böyrəklərin xarici toksinləri və hissəcikləri daha yaxşı təmizləməsi ilə əlaqədar ola biləcəyi düşünülür.
Başqa bir ehtimal isə odur ki, mikroplastiklər orada daha uzun müddət qala bilər, çünki beyin digər orqanlar kimi hüceyrə yenilənməsinə məruz qalmır.Bundan əlavə, beyin nümunələrindəki plastik miqdarının 2016-cı ildən 2024-cü ilə qədər təxminən 50 faiz artdığı aşkar edilib.
Araşdırmada aşkar edilən mikroplastiklərin əksəriyyəti dünyada ən çox istehsal edilən plastik növü olan və butulka qapaqları və plastik torbalar kimi bir çox gündəlik məhsulda istifadə edilən polietilendən ibarətdir. Bu, insan beynində ilk dəfə mikroplastiklər tapıldığı üçün mühüm kəşfdir.
Mikroplastiklərin insan beyninə təsiri hələ məlum olmasa da, bəzi laboratoriya təcrübələri göstərir ki, mikroplastiklər beyin iltihabını və hüceyrə zədələnməsini artıra, gen ifadəsini dəyişdirə və beyin strukturuna təsir göstərə bilər.Mikroplastiklərin özündən kənarda ekoloji toksinləri və ya bakteriyaları bədənə daşımaq riski də ola bilər.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...