İnsan beyni, yoxsa süni intellekt?
Oksford Universitetinin alimləri insan beyninin süni intellektdən daha yaxşı öyrənə, mürəkkəb problemləri həll edə və daha yaradıcı ola biləcəyi fikrini müdafiə ediblər. Yeni araşdırma göstərir ki, insan beyni məlumatları maşınlardan fərqli və daha səmərəli şəkildə öyrənir. Bu yolla insanların bir şeyi bir dəfə gördükdən sonra öyrənə bildiyi halda, süni intellektin eyni məlumat üzərində yüzlərlə dəfə məşq edilməli olduğu qeyd edilib.
Süni intellektdən fərqli olaraq, insanlar bizdə olan biliklərə müdaxilə etmədən yeni məlumatları da öyrənə bilirlər. Süni intellekt yaradıcı təfəkkürdən tutmuş işçi heyətinə qədər müxtəlif vəzifələrdə insanlardan üstün ola bilsə də, süni intellektin bunu etməyi öyrənməsi uzun müddət tələb edir. Həmçinin bildirilib ki, insanlar tək bir nümunədən yeni təcrübə öyrənə bildiyi halda, süni intellektin yüzlərlə nümunəyə məruz qalması lazımdır. Bu sübutlarla qarşılaşan tədqiqatçılar beyindəki neyronların davranışının necə dəyişdiyini təsvir edən tənliklər toplusuna baxıblar.
Araşdırmanın ilk müəllifi Yuhanq Sonq qeyd edib ki, hazırkı kompüterlərdə gələcəyə hesablanmış konfiqurasiyanın simulyasiyası yavaşdır, çünki onlar bioloji beyindən fərqli şəkildə işləyirlər. Bununla belə, Song deyir ki, bu üsuldan istifadə edə biləcək yeni kompüterlər hazırlamaq imkanı var.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...