İnsan beyni düşündüyündən 10 dəfə çox məlumat saxlaya bilir
İnsan beyninin əvvəllər düşünüldüyündən 10 qat daha çox məlumat saxlaya biləcəyini aşkar edən yeni bir araşdırma yaşlanma və xəstəliklərlə bağlı yaddaşın azalmasının daha yaxşı başa düşülməsini təmin edə bilər.
Əvvəlki araşdırmalar göstərir ki, yeni məlumatların öyrənilməsi və yadda saxlanması beyində sinaps adlanan neyron əlaqələri gücləndirir və bu əlaqələr zamanla güclənir və zəifləyir, yaddaşa təsir göstərir.
Amma nevroloqlar fərdi sinapsların gücünü ölçməkdə çətinlik çəkirlər Xüsusilə, sinirlər arasındakı əlaqələrin nə qədər zəiflədiyini və ya gücləndiyini ,eləcə də saxladıqları məlumatların miqdarını dəqiq hesablamaq çətindir.
Bununla belə, yeni bir texnika sinaptik güc, plastikliyin həssaslığı və bu sinir əlaqələrinin saxlaya biləcəyi məlumatların miqdarı haqqında yeni anlayışlar təklif edir.
Sinapsların gücünün ölçülməsinə töhfə verməklə, bu texnika insanların hər şeyi necə öyrəndiyini və yadda saxladığını və bu proseslərin yaş və ya xəstəliklə necə dəyişdiyini anlamamızı yaxşılaşdıra bilər.
Qeyd eək ki, insan beynində 100 trilyondan çox sinaps var və sinaptik gücün onların xatirələri necə saxlamasında rol oynadığı bilinir.Alzheimer kimi xəstəliklər isə sinapsları zəiflədir, beynin məlumat saxlamaq qabiliyyətini azaldır.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...