22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İngiltərənin ən məşhur göllərindən birinə üç il ərzində qanunsuz çirkab suyu axıdılıb

17-10-2024
IMG

Son üç il ərzində “United Utilities” şirkəti İngiltərənin məşhur “Windermere” gölünə milyonlarla litr çirkab suyunu qanunsuz şəkildə axıdıb.

Fhnews.az BBC-yə istinadla xəbər verir ki, 2021-2023-cü illər arasında şirkət tərəfindən gölə icazəsiz olaraq 140 milyon litrdən çox tullantı su vurulub və bu hallar əsasən gizlədilib.

“United Utilities” bəyan edib ki, bəzi axıntılar "potensial olaraq qaydalara uyğun olmaya bilər". Lakin şirkət çirklənmə ilə bağlı insidentlərin 94 faizdən çoxunu Ətraf Mühit Agentliyinə özü bildirdiyini iddia edir.

Ancaq BBC-nin araşdırmalarına görə, şirkət bu dövrdə gölə qanunsuz olaraq 165 saat ərzində çirkab su axıdıb və bunun ən azı 118 saatı ətraf mühitin tənzimləyici orqanına bildirilməyib.

Paylaş: