22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İngiltərədə tunel su altında qalıb

30-12-2023

İngiltərədə Temza çayının altındakı tuneldə baş verən daşqın nəticəsində ən azı 20 qatar reysi ləğv edilib. Kentdəki Ebbsfleet və Londondakı St Pancras beynəlxalq qatar stansiyaları arasındakı hissədə Temza çayının altında olan tuneldə su sızması baş verib.İngiltərəni Avropa ölkələrinə bağlayan ərazidə baş verən sel nəticəsində İngiltərədən yeni il şənliyi üçün digər Avropa ölkələrinə getmək istəyənlər yolda qalıb.

Böyük Britaniyada yerləşən yüksək sürətli qatar xidməti “Eurostar” tərəfindən edilən açıqlamada, problemi həll etməyə çalışıldığı, lakin ləğv edilən uçuşların sayının arta biləcəyi qeyd edilib. Londondan Paris, Brüssel və Amsterdama uçuşlar həyata keçirən “Eurostar” sərnişinlərin bilet pullarını tam geri qaytara və ya gediş haqqını dəyişdirə biləcəklərini açıqlayıb.

Digər bir İngilis dəmir yolu əməliyyat şirkəti “Southeastern” də günün sonuna qədər yüksək sürətli qatar xidmətlərini ləğv edib.

Bundan əlavə, şirkət bəyanatında bildirib ki, İngiltərə, Şotlandiya və Uelsdəki bütün dəmir yolu xətlərində infrastruktur xidmətlərindən məsul olan “Network Rail” ,eləcə də bəzi bölgələrdə su təchizatı və tullantı sularının təmizlənməsindən məsul olan “Thames Water” şirkətinin mühəndisləri problemi həll etməyə çalışırlar.

Etiketlər:
Paylaş: