22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İngiltərədə temperaturun artması ilə əlaqədar sarı xəbərdarlıq edilib

26-06-2024
IMG

Birləşmiş Krallığın Sağlamlıq Təhlükəsizliyi Agentliyi bazar ertəsindən başlayaraq temperaturun artması ilə əlaqədar sarı xəbərdarlıq edib. Bu xəbərdarlıq cümə axşamına qədər səkkiz bölgədə qüvvədə olacaq.

Qeyd edək ki, sarı xəbərdarlıq hava şəraitinin xüsusilə həssas insanlar üçün təhlükə yarada biləcəyini bildirir və gələn həftə temperaturun 30 dərəcəyə çatacağı proqnozlaşdırıldığı üçün elan edilmişdir.

“Met Office”in məlumatına görə, gələn həftə ilin ən isti günləri olacaq. Bəzi rayonlarda havanın temperaturu 29 dərəcəyədək yüksələcək. London üçün gözlənilən ən yüksək temperatur 27°C-28°C arasındadır. Uels və Şotlandiyada da mövsümi normalardan yüksək temperatur gözlənilir.

Şotlandiya və Şimali İrlandiyanın bazar ertəsi ən isti hava şəraitinin 24 ilə 26 dərəcə arasında olacağı, ardınca çərşənbə axşamı qərbdən daha buludlu və soyuq havanın daxil olacağı gözlənilir.

Bununla belə, İngiltərə və Uelsdə istilərin daha uzun müddət davam edəcəyi, həftənin ortasında ölkənin  çənub-Şərqində  temperaturun 28 və ya 29°C olacağı, güclü günəş işığının da bu dövrdə təsirli olacağı proqnozlaşdırılır.

Paylaş: