22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İngiltərədə evin həyətində tapılan 500 kiloqramlıq bomba dənizdə partladılıb

24-02-2024

İngiltərənin Plimut şəhərindəki evlərin birinin həyətində aşkar edilən 500 kiloqramlıq bomba Britaniya ordusu və kral donanmasının mütəxəssisləri tərəfindən ərazidən təhlükəsiz şəkildə çıxarılıb.

Fhnews.az xəbər verir ki, bu barədə Britaniyanın Müdafiə Nazirliyindən bildirilib.

Nazirlikdən verilən məlumata görə, çərşənbə axşamı 500 kiloqramlıq partlayıcının evin həyətində aşkarlanması zamanı insanların təxliyə edilməsi Böyük Britaniyanın sülh dövründə ən böyük təxliyə əməliyyatlarından biri olub. Britaniya Ordusu və Kral Hərbi Dəniz Qüvvələrinin 100-dən çox şəxsi heyəti kompleks əməliyyata cəlb edilib.

Bombaya görə minlərlə insan evakuasiya edilib, polis yolları bağlayıb. Bomba şəhərin küçələri ilə daşındığı üçün dəmir yolu və avtobus xidmətləri dayandırılıb. Qurğu qayıqla dənizə aparılıb və Britaniya saatı ilə 21:51-də partladılıb.

Paylaş: