22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İngiltərədə 6 milyon insan risk altındadır

20-07-2024
IMG

Buna səbəb iqlim dəyişikliyinin yaratdığı həddindən artıq istilərdir. “Friends of Earth” təşkilatının son məlumatına görə, ən çox yaşlı insanlar və uşaqlar risk altındadır. 5 yaşa qədər 1,7 milyon və 65 yaşdan yuxarı 4,3 milyon insan həddindən artıq istidən  təsirlənən ərazilərdə yaşayır.

İsti hava dalğaları üçün riskli bölgələrdə 3,7 milyon insanda yüksək qan təzyiqi, 1,5 milyon insanda astma və 1,6 milyon insanda diabet var. Bu isə həyat üçün olduqca təhlükəlidir. 

Təhlildə orta temperaturun 5 gün və daha çox müddət ərzində 27,5 dərəcəni keçdiyi bölgələr həddindən artıq istilərdən ən çox təsirlənən bölgələr kimi qiymətləndirilib. Bu bölgələrdə isə 28 milyon insan yaşayır.

Paylaş: