İngiltərə kralı III Çarlz bu gün 76 yaşını qeyd edir
Ən uzunömürlü Britaniya monarxı olan Kraliça Elizabetin ölümündən sonra taxta çıxan kral Çarlz bir müddətdir ki, xərçənglə mübarizə aparır. Bu müddət ərzində krallıq vəzifələrini fasiləsiz icra edən Kral Çarlz doğum günündə də iş başındadır. Qeyd edək ki, o, 6 may 2023-cü ildə Westminster Abbeydə tacqoyma mərasimi ilə rəsmi olaraq İngiltərənin monarxı olub.
Xərçəng xəstəliyinin müalicəsi davam edən Kral Çarlz dünən axşam maraqla gözlənilən “Qladiator” filminin möhtəşəm qala gecəsinə qatılıb. Həyat yoldaşı Kraliça Kamillanın xəstə olduğu üçün premyeraya tək gələn Kral kino aktyorlarını bir-bir salamlayıb.
Qeyd edək ki, Kral Çarlzın son doğum günündən keçən son 1 il kraliyyət ailəsi üçün olduqca çətin keçib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...