İngiltərə İkinci Dünya Müharibəsindən qalma təyyarələrə uçuş qadağası qoyub
Britaniya Hərbi Hava Qüvvələri şənbə günü bir pilotun qəzada ölməsindən sonra İkinci Dünya Müharibəsinin simvolik təyyarələrindən bəzilərini növbəti xəbərdarlığa qədər uçuşdan çıxardığını açıqlayıb. “Coningsby” aviabazasındakı faciəvi insidentdən sonra Kral Hərbi Hava Qüvvələri Britaniya Döyüşü Xatirə Uçuşunun əməliyyatlarını müvəqqəti olaraq dayandırmaq qərarına gəlib.
İyunun 5-də İngiltərənin cənubundakı Portsmutda Normandiya desantının 80-ci ildönümünü qeyd edən mərasimdə birliyin hava nümayişləri və sərgilər üçün istifadə edilən klassik qırıcı və bombardmançı təyyarələrinin uçması gözlənilir.
Hərbi Hava Qüvvələri bu təyyarələrin təhlükəsiz və məqsədəuyğun olduqda, vaxt cədvəli vermədən xidmətə qayıdacağını bildirmişdi.
Xatırladaq ki, Britaniya Hərbi Hava Qüvvələrinin pilotu Mark Lonq 1940-cı ildə məşhur Britaniya döyüşündə istifadə edilən Spitfire təyyarəsinin qəzaya uğraması nəticəsində şənbə günü dünyasını dəyişib.
Təyyarə İngiltərənin şərqindəki “Coningsby” aviabazasının yaxınlığında uçarkən tarlaya çırpılıb. Pilot hadisə yerində ölüb.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...