22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İngiltərə 150 il əvvəl qarət etdiyi əsərləri geri qaytarır

25-01-2024

İngiltərə müstəmləkə  dövründə Afrika ölkələrindən qaçaqmalçılıq yolu ilə gətirdiyi tarixi əsərləri geri qaytarmağa  davam edir. Britaniya 150 il əvvəl Qanadan qarət edilən və Britaniya Muzeyində qorunan Asanthi Krallığına aid tarixi əsərləri geri qaytaracağını açıqlayıb.

Aralarında qızıl sülh borusunun da olduğu 32 tarixi əsər geri qaytarılacaq. Bu parçalardan 17-si Viktoriya və Albert Muzeyində,15-i isə Britaniya Muzeyində mühafizə edilir.

Geri qaytarılacaq tarixi əsərlər arasında 19-cu əsrdə Britaniya və Asanthi Krallığı arasında gedən müharibələr zamanı ələ keçirilən qılınclar və kralın ruhunu təmizləmək vəzifəsi daşıyan zabitlərin taxdıqları qızıl nişanlar da var.

Tarixi əsərlər Qananın cənub bölgəsində yerləşən və Asanthi bölgəsinin paytaxtı sayılan Kumasidəki Manhyia Saray Muzeyində sərgilənəcək. Qeyd edək ki, İngiltərədəki muzeylərdə Qanadan çoxlu tarixi əsərlər, o cümlədən Asanthi Krallığının ən məşhur parçası sayılan qızıl tac var.

Paylaş: