22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İndoneziyanın Merapi vulkanında aktivlik davam edir

20-07-2024
IMG

İndoneziyanın Yava adasında yerləşən ölkənin ən aktiv vulkanı olan Merapidə kül püskürmələri və lava axınları davam edir.

İndoneziya Geoloji Fəlakət Araşdırma və Texnologiya İnkişaf Mərkəzinin  dərc etdiyi hesabata görə, dəniz səviyyəsindən 2 min 968 metr yüksəklikdə olan Merapi dağında maksimum atma məsafəsi 1600 metr olan 13 közərmə lava axını meydana gəlib.

Bölgədə 3-cü səviyyəli həyəcan vəziyyəti davam edir.

Paylaş: