İndoneziyanın İbu vulkanı beş kilometr hündürlüyə kül püskürüb
İndoneziyanın Halmahera adasındakı İbu vulkanı bazar ertəsi günü yenidən aktivləşərək beş kilometr yüksəkliyə kül püskürüb.
Fhnews.az Sinxua agentliyinə istinadla xəbər verir ki, püskürmə yerli vaxtla 11:36-da iki dəqiqədən çox davam edib və qalın kül cənub-qərbə və qərbə doğru yayılıb.
Mayın 16-da vulkanın son aktivliyindəki əhəmiyyətli artımdan sonra təhlükə statusu üçüncü səviyyədən dördüncü, yəni ən yüksək səviyyəyə qaldırıb.
Yerli əhaliyə təhlükəli zonadan uzaqlaşmaq tövsiyə edilib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...