İndoneziyadakı Merapi vulkanı yenidən püskürməyə başlayıb
İndoneziyanın ən aktiv vulkanı Merapi yenidən püskürməyə başlayıb.
Fhnews.az xəbər verir ki, bu barədə ANTARA Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, püskürmə ərazisində kül və tüstü qatı yerdən min metrədək yüksəkliyə qalxıb. Əhaliyə vulkana 3 kilometrdən artıq yaxınlaşmamaq barədə xəbərdarlıq edilib.
Tələfat və ya infrastruktura ziyan dəyməsi barədə məlumat verilmir.
Qeyd edək ki, İndoneziyada 400-dən çox vulkan var, onlardan azı 129-u aktivdir, 65-i isə təhlükəli kimi təsnif edilir. 2023-cü ilin dekabrında Sumatra adasındakı Merapi vulkanının qəfil püskürməsi 23 nəfərin ölümünə səbəb olmuşdu.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...