İndoneziyada vulkan püskürməsi nəticəsində on nəfər həlak olub
İndoneziyada vulkan püskürməsi nəticəsində on nəfər həlak olub.
Fhnews.az xəbər verir ki, bu barədə ANTARA Xəbər Agentliyi məlumat yayıb. Bildirilib ki, püskürmə məşhur turist adalarından biri olan Floresdə yerləşən 1703 metrlik əkiz vulkan olan Levotobi Laki-Laki dağı ərazisində baş verib.
Ölkənin Fəlakətlərin Azaldılması Agentliyinin mətbuat katibi Əbdül Muhari ölənlərin sayını təsdiqləyərək, vulkan püskürmələri nəticəsində 10 min 295 nəfərin zərər çəkdiyini açıqlayıb.
İndoneziyanın vulkanologiya agentliyinin məlumatına görə, vulkan nəticəsində bəzi taxta evlər yanıb, kəndlərə ziyan dəyib. Agentlik xəbərdarlıq səviyyəsinin ən yüksək həddə olduğunu vurğulayıb.
Qeyd edək ki, İndoneziyada 400-dən çox vulkan var, onlardan azı 129-u aktivdir, 65-i isə təhlükəli kimi təsnif edilir.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...