22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İndoneziyada Semeru vulkanı püskürüb

07-02-2024

İndoneziyanın Yava adasının şərqində yerləşən Semeru vulkanı püskürərək, təxminən 1000 metr hündürlüyə vulkanik kül səpib. “Antara News” xəbər verir ki, Semeru vulkanı yerli vaxtla saat 07.30-da püskürüb.

Semeru Vulkanı müşahidə məntəqəsində işləyən Ghufron Alvi  Semerudan çıxan və 1000 metr yüksəkliyə qədər püskürən vulkanik külün şimal-şərq istiqamətinə doğru hərəkət etdiyini deyib.

Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzinin açıqlamasına görə, partlayış mərkəzindən 5 kilometr, Besuk Kobokan yaxınlığındakı  çay yatağından isə 500 metr uzaqlaşmaq vacibdir. 

Qeyd edək ki, Semeru Vulkanının aktivlik səviyyəsi 16 dekabr 2021-ci ildən etibarən 3-cü xəbərdarlıq səviyyəsindədir.

Paylaş: