22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İndoneziyada növbəti vulkan püskürməsi baş verib

06-06-2024
IMG

Bu gün səhər İndoneziyada Halmahera adasındakı İbu vulkanı püskürərək min metrədək hündürlüyə qalın kül buludları atıb.

Fhnews.az xəbər verir ki, bununla bağlı İndoneziyanın Vulkanologiya və Geoloji Risklərin Azaldılması Mərkəzi məlumat yayıb. Bildirilib ki, vulkan püskürməsi yerli vaxtla səhər saat 8:11-də başlayıb və iki dəqiqədən çox davam edib. Bu, vulkanın bir həftə ərzində beşinci püskürməsidir.

Mayın 16-dan etibarən əhaliyə vulkandan dörd kilometr, kraterdən isə yeddi kilometr şimala qədər uzanan təhlükə zonasından kənarda qalmaları tövsiyə olunub.

Qeyd edək ki, dünyada daha çox vulkan püskürmələri Sakit Okeanın Alov halqasında yerləşən İndoneziyada baş verir. Son həftələr Ruanq vulkanının püskürməsi nəticəsində 12 mindən çox insan təxliyə edilib. Ötən ilin dekabrında Sumatranın ən aktiv vulkanlarından biri olan Maralinin püskürməsi və ətrafa üç kilometr hündürlükdə boz kül buludları atması nəticəsində 20-dən çox insan həlak olmuşdu.

Paylaş: