22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İndoneziyada Merapi vulkanı yenidən aktivləşib

21-01-2024

İndoneziyanın Yava adasında yerləşən Merapi vulkanının yenidən püskürməsi nəticəsində bölgədə yaşayan minlərlə insan təxliyə edilib. İndoneziya Geoloji Fəlakət Texnologiyaları Araşdırma və İnkişaf Mərkəzinin prezidenti Aqus Budi Santoso Merapi vulkanının püskürməsi nəticəsində yayılan isti kül buludlarının və lavanın dağın yamacından təxminən 2 kilometr aşağı endiyini bildirib. Santoso həmçinin əlavə edib ki, isti kül buludları 100 metrə qədər yüksəlib.

2 min 968 metr yüksəklikdə və Yoqyakarta şəhərindən 30 kilometr uzaqlıqda olan Merapi ətrafında 250 min insan yaşayır.
Xatırladaq ki, 2010-cu ildə ölkədəki 120-dən çox vulkan arasında ən aktiv vulkan olan Merapinin püskürməsində 347 nəfər həyatını itirmiş, 350 min insan təxliyə edilmişdi.

Paylaş: