22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İndoneziyada İbu vulkanı püskürüb

01-06-2024
IMG

Asiya ölkəsi olan İndoneziyanın Şimali Maluku əyalətindəki İbu vulkanında partlayış baş verib. İndoneziya Vulkanologiya və Geoloji Təhlükələrin Azaldılması Mərkəzi  tərəfindən verilən açıqlamada yerli vaxtla saat 11.03-də püskürən vulkanın beş kilometr yüksəkliyə kül və tüstü səpdiyi bildirilib.

Vurğulanıb ki, yerli sakinlər və turistlər aktiv kraterlə ən azı yeddi kilometr məsafə saxlamalıdırlar. Milli Fəlakətin Qarşısının Alınması Agentliyinin verdiyi açıqlamada gözlənilən şiddətli yağış səbəbiylə sel və soyuq lava axını kimi fəlakətlərə qarşı xəbərdarlıq edilib.

Halmahera adasının şimal-qərb sahilində yerləşən 1325 metr hündürlüyündəki vulkan mayın 16-dan etibarən ən yüksək xəbərdarlıq səviyyəsindədir. Digər tərəfdən, Qərbi Sumatra əyalətində son həftələrdə baş verən sel fəlakəti, torpaq sürüşmələri də Marapi vulkanı ətrafında vulkanik kül və qayalar kimi fraqmentlərdən ibarət soyuq lava axınına səbəb olmuş və 67 nəfər həyatını itirmişdir.

Paylaş: