İndoneziyada daşqınlar 60-dan çox insanın ölümünə səbəb olub
İndoneziyanın Qərbi Sumatra əyalətində baş verən daşqınlar və torpaq sürüşmələri nəticəsində 67 nəfər ölüb, daha 20 insan itkin düşüb.
Fhnews.az xəbər verir ki, təbii fəlakətlərin qarşısının alınması üzrə Milli Agentliyin məlumatına görə, 4 mindən çox insan yaxınlıqdakı binalara və müvəqqəti sığınacaqlara təxliyə edilib. Ən azı 521 ev, 31 985 hektar torpaq sahəsi, o cümlədən çəltik tarlaları, 19 körpü və əsas yolların əksəriyyətinə ziyan dəyib.
Milli Agentlik və Qərbi Sumatra əyalətinin səlahiyyətliləri hazırda sağ qalan insanların təhlükəsiz ərazilərə köçürülməsi üçün onların sayı barədə məlumat toplayır və yeni evlər tikmək məqsədilə əlverişli yerlər axtarırlar.
Ötən şənbə günü saatlarla yağan leysan nəticəsində İndoneziyanın Sumatra adasındakı ən aktiv vulkanlarından biri - Marapinin üzərinə böyük soyuq vulkan kütlələri çöküb, yolları, evləri və məscidləri su basıb. Üç rayon və bir şəhər təbii fəlakətdən zərər çəkib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...