22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İndoneziya ordusunda “Kiber Qüvvələr” bölməsi yaradılacaq

25-09-2024
IMG

“Antara News”un məlumatına görə, qərar İndoneziya prezidenti Coko Vidodo və oktyabrın 20-də keçiriləcək andiçmə mərasimi ilə vəzifəyə başlaması gözlənilən yeni prezident və hazırkı müdafiə naziri Prabovo Subianto tərəfindən təsdiqlənib.

Qərar çərçivəsində İndoneziya Silahlı Qüvvələrinin Quru, Dəniz və Hərbi Hava Qüvvələrindən ibarət 4-cü qolu olaraq “Kiber Qüvvələr” birliyi yaradılacaq.

İndoneziyanın Siyasi, Hüquq və Təhlükəsizlik Naziri Hadi Tjahjanto öz açıqlamasında Kiber Qüvvələri “ağıl müharibəsi” kimi xarakterizə edib.Tjahjanto vurğulayıb ki, gələcək kibermüharibələrə qarşı durmaq üçün sistemli yanaşma lazımdır.

Paylaş: