22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İndoneziya Merapi vulkanının püskürməsindən sonra həyəcan təbili çalıb

03-10-2024
IMG

İndoneziya əhalinin sıx məskunlaşdığı Yava adasında Merapi vulkanının püskürməsindən sonra xəbərdarlıq səviyyəsini 3-ə qaldırıb.
“Jakarta Globe”nin məlumatına görə, ölkənin ən aktiv vulkanı olan Merapi yenidən aktivləşib.

Tez-tez aktiv olan vulkan ətrafdakılar üçün yüksək risk yaratdığı üçün bölgədə həyəcan səviyyəsi 3-ə qaldırılıb.

Geoloji Fəlakət Texnologiyaları Araşdırma və İnkişaf Mərkəzinin rəhbəri Agus Budi Santoso deyib ki, lava axını maksimum 1500 metr dərinliyə çata bilər. Sakinlərə çay vadilərindən və lava axınının yayıla biləcəyi məhdud ərazilərdən uzaq durmaları ilə bağlı xəbərdarlıq edilib.

Qeyd edək ki, Merapi vulkanının sonuncu böyük püskürməsi 2010-cu ildə 347 nəfərin ölümünə və 20 min insanın təxliyəsinə səbəb olub.
"Sakit okean od halqası" zəlzələ və vulkan qurşağında olan İndoneziyada 130 aktiv vulkan var.

Paylaş: