İmtahanda 600-dən yüksək bal toplayan tələbələr ADPU-nu seçiblər
2024/2025-ci tədris ili üçün ali təhsil müəssisələrinə tələbə qəbulunun ilkin nəticələrinə görə, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) 2655 plan yerindən 2626-sı (99 faiz) dolub.
Universitetdən verilən məlumata görə, tələbələrin 59,06 faizi dövlət sifarişi əsasında (1551 nəfər), 40,94 faizi isə ödənişli əsaslarla (1075 nəfər) qəbul olub.
Qəbul olanların 48 faizi 400 baldan (1252 nəfər, ötən il 981 nəfər), 12 faizi isə 500 baldan (314 nəfər, ötənilki göstərici 79 nəfər) yüksək nəticə göstərən abituriyentlərdir. 13 nəfər xanım abituriyent isə 600 baldan yüksək nəticə ilə ADPU-nu seçib. Onlardan 4-ü universitetin riyaziyyat və informatika müəllimliyi ixtisasına, 2-si riyaziyyat müəllimliyi, 1-i Azərbaycan dili və ədəbiyyatı müəllimliyi, 1-i xarici dil müəllimliyi ixtisasına qəbul olub, 5 nəfəri isə Pedaqoji Universitetin filiallarını seçib.
ADPU-ya ən yüksək balla qəbul olan tələbə 663.9 balla riyaziyyat və informatika müəllimliyi ixtisasını seçən Fatimə Fuad qızı Nəcəfzadədir. Həmçinin bu il 6 nəfər olimpiya və beynəlxalq idman yarışlarının mükafatçısı müsabiqədənkənar qaydada ADPU-nun fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi ixtisasına qəbul olunub.
Bu il Pedaqoji Universitet və filiallarında 13 ixtisas üzrə dövlət sifarişli yerlərdə 500-dən yüksək keçid balı formalaşıb. Universitet üzrə dövlət sifarişli yerlərdə ən yüksək keçid balı isə ADPU-nun Quba filialının Azərbaycan dili və ədəbiyyatı müəllimliyi ixtisası üzrə 606.9 baldır.
Qeyd edək ki, 2024/2025-ci tədris ili üçün ADPU-nun ixtisasları üzrə orta qəbul balı 382.63-dür.
Dayanıqlı İnkişaf Məqsədləri və...
Burkina Fasonun nümayəndə heyəti...
Dövlət Gömrük Komitəsi xidmətə qəbul...
Bu gün Ümumdünya Fəlsəfə Günüdür...
Türkiyənin media mənsubları Ədəbiyyat...