22 noyabr 2024, cümə Bakı, 14°C
IMG-LOGO

İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması faktı aşkarlanıb

04-07-2024
IMG

İmişli şəhər tullantı poliqonunun yerləşdiyi ərazidə tullantıların yandırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən yerində araşdırılıb.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətindən verilən məlumata görə, araşdırma nəticəsində İmişli şəhər tullantı poliqonunda tullantıların yandırılması, poliqon ərazisinin hasarlanmaması, tullantılarla bağlı istehsalat tələblərinin pozulması faktları aşkar edildiyinə görə İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin səlahiyyətli nümayəndəsi barəsində protokol tərtib olunub.

Eyni zamanda, İmişli Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinə ətraf mühitin mühafizəsi sahəsində pozuntuların aradan qaldırılması barədə “Ekoloji Tələb” verilib.

Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin əməkdaşları tərəfindən təkrar iyulun 4-də İmişli şəhər tullantı poliqonuna baxış keçirilib, yanma və tüstülənmə hallarına rast gəlinməyib.

Paylaş: