İlon Mask İndoneziyada “Starlink” peyk internet xidmətini istifadəyə verib
“Tesla” və “SpaceX”in baş direktoru Elon Musk 17 mindən çox adadan ibarət İndoneziyaya peyk internet xidməti təqdim edəcək “Starlink”in açılışını edib.
17 mindən çox adadan ibarət olan İndoneziyanın ən ucqar bölgələrinə internet xidməti təqdim etmək üçün “Starlink”i işə salan Musk deyib ki, internetin az olduğu yerlərə giriş təmin etməkdən çox həyəcanlıyam.
Mask İndoneziyada səhiyyə və təhsil sektorlarında internetə çıxışın artırılması üçün müqavilə imzalayıb və ölkənin müxtəlif bölgələrindəki səhiyyə müəssisələri ilə internet sürət testləri həyata keçirib.
Qeyd edək ki, “Starlink” kosmosa əsaslanan sistemdir və “SpaceX” uzun illərdir ki, dünyanın təmin olunmayan hissələrinə internetə çıxışı asanlaşdırmaq üçün üzərində işləyir.
Maskın şirkəti “SpaceX”in orbitdəki 3200-dən çox “Starlink” peyki dünyanın ən ucqar nöqtələrini yüksək sürətli və genişzolaqlı internetlə təmin edir.
“SpaceX” “Starlink” peykləri ilə yer orbitində 12 min peykdən ibarət şəbəkə yaratmağı planlaşdırır. Layihənin 2027-ci ildə başa çatdırılması nəzərdə tutulur.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...