İlin ilk yarısında İstanbula 8,5 milyon xarici turist gəlib
Türkiyə Mədəniyyət və Turizm Nazirliyinin məlumatına görə, 2023-cü ilin ilk 6 ayında İstanbula 7 milyon 903 min 538 xarici turist gəlib. Bu ilin eyni dövründə turist sayı 8 % artaraq 8 milyon 562 min 167 olaraq hesablanıb. Ötən ilin eyni dövrü ilə müqayisədə xarici turistlərin sayı 658 min 629 nəfər artıb.
Ötən ilin iyun ayında 1 milyon 627 min 57 xarici turistin ziyarət etdiyi şəhərə bu ilin eyni ayında 1 milyon 638 min 399 xarici turist gəlib. Belə ki, iyun ayında gələn xarici turistlərin sayı keçən illə müqayisədə təxminən 1 % artıb. İyun ayında şəhərə gələn turistlərin 1 milyon 582 min 662-si hava, 55 min 737-si isə dəniz nəqliyyatından istifadə edib.
Şəhərə gələnlərin 73,39 faizi İstanbul Hava Limanına, 26,51 faizi isə Sabiha Gökçen Beynəlxalq Hava Limanına üstünlük verib. İstanbulu seçən xarici ziyarətçilər arasında 171 min 633 nəfərlə ruslar ilk sırada yer alıb. İyun ayında İstanbula səfər edənlərin 10,48 faizini ruslar, 6,89 faizini amerikalılar, 6,26 faizini almanlar, 5,88 faizini isə iranlılar təşkil edib.
Osman Həmdi bəyin tablosu Parisdə 571...
Ekspertin çağırışı: "Tsunami Türkiyənin...
Marsın peykləri üçün iki nəzəriyyə:...
Çanaqqalada aparılan qazıntılar zamanı...
Finlandiyada çovğun 70 min evi...